Tarixi çaparaq keçən möhtəşəm AVAR xaqanlığı - Yüksəlişi və süqutu

25-04-2019, 07:31           
Tarixi çaparaq keçən möhtəşəm AVAR xaqanlığı - Yüksəlişi və süqutu
Avarların rəhbərlərinin adı Bayan-Kağandır. O, demək olar ki, 90 yaşında, 631-ci ildə vəfat edib. Özüdəı türk xalqı olsada,Türkitlərdən qaçan Avarlar, Kubanda yaşayan Alanlar ilə ittifaq qurdular, sonra Sabirləri, antları və Uturqurları növbə ilə məğlub etdi. Onun on bir uşağından dördü döyüşdə , yeddisi isə epidemiyadan öldü. "Bütün dövrlər və xalqların sərkərdələri arasında ən birincilərdəndir, yalnız İskəndər (Makedoniya) və ya Çingiz Xandanmüqayisə edilə bilər, Hətta məşhur Hunn kralı Attilanı belə qabiliyyətləri və uğurları ilə geridə qoyub. ". Bayan-Kağanın hərbi məsləhətçisi və Vizantiyadakı səfirinin adı müdrik Tarqıtay idi. Yadınızdadırsa Herodot Skiflərin rəhbəri və skif birliyinin qurucusu Tarqitaydan yazırdı. Bu nədir? Xalqın ənənəsi və ya təsadüf? Bundan sonra, bu adla Çingiz Xanın dövründə qarşılaşacağıq, yəni 700 il sonra.

"Avarlar, mədəni inkişafı baxımından, Avropaya daha əvvəl hücum etmiş tayfalardan iki, hətta üç baş irəli idilərr. Bunlar, heyvan dərisinə bürünmüş Hunlar deyil, qədim mədəniyyət daşıyıcıları olan, yüksək mədəniyyətli insanlar idilər.

Hətta bir çox hallarda tərifli Bizanslıları hərbi texnologiyada və taktikada geridə qoyurdular.". Avar Xaqanlığı, köçəri olmalarına baxmayaraq, yüksəkqədim mədəniyyətə və yüksək sivilizasiyaya malik bir dövlət idi. Onların qəbirlərində gözəlmədəniyyət və yaraşıqlı, hətta 20 ısrin ıəsrə qədər istifadədə olan qızıl və gümüşdən qadın zərqərlik məmulatları tapılır. Bu qəbirlərdə silah, əyri qılınc, qoşqu ləvazimatları tapılırdı. Avar qəbirlərində əsli xəzinələr tapılırdı. Avarlar Avropalılara at sürən zamanı üzəngilərdən istifadə etməyi öyrətdilər. Beləliklə, savaş zamanı atlı döyüşçü piyadadan böyük bir üstünlük əldə etmişdi.

Avarların görünşü
Avar kurqanlarında yüzlərlə kəllə ölçmüş Macar antropologu Tibor yazırdı “ Avar kaganatının əhalisində müəyyən hissəsində monqoloidlik elementin mövcud olduğunu inkar etmədən, bu kiçik qrun çox kiçik olduğunu və Avar kaganatının evropeid əhalisinin ümumi kütləsində itdiyini qeyd etmək lazımdır ". Axı, onlar Monqolustan çöllərindən gələn köhnə Juan-juan birləşmələrdir. Sərrast oxatanlar r, mükəmməl nizə tutan, eləcə də bir az əyilmiş qılıncı olan əla atlılar. Onlar, daha doğrusu ataları, üzəngini və onunla birlikdə süvari döyüşünün yeni bir taktikasını icad etdilər.

Avar Xaqanati VIII əsrin sonlarına qədər mövcud olmuş və Böyük Karlın frank qoşunlarının təzyiqi ilə (768-814)məhv olmuşlar. Frank tarixçisi Eyqard öz xronologiyasında səkkiz il davam edən bu qəddar, tam bir xalq məhv edən müharibəni ətraflı təsvir etmişdir. O, yazırdı: "Buradaçoxlu döyüşlər oldu, nə qədər qan töküldü. Elə bir qırğınıar oldu ki, Pannoniyada bu günə qədər bir canlının qalmadığını görürük. Xaqanın yaşadığı məkan yer üzündən elə silindi ki, sanki buarada heç yaşayış olmayıb. Hunların bütün zadəganları məhv edildi, onların bütün şan şöhrəti unutuldu. Onların bütün torpaqları və yüz illərlə yığdıqları xəzinələri ələ keçirildi.

Frankların buna qədər və bundan sonar elə bir maharibəsi olmadı ki, bu savaşda ələ keçirtdikləri qədər sərvət ələ keçirdə bilələr və bu onları həddən ziyadə zənginləşdirdi. Axı bu günə qədər franklar demək olar ki, yoxsul sayıldılar və indi Avar paytaxtında elə çox qızıl və gümüş, daş-qaş və qiymətli qənimətlər ələ keçirdilərki, onlar ən varlılardan sayılmağa başladılar. Beləliklə demək olar ki, Franklar Hunların başqa ölkələrdən qeyri-qanuni şəkildə əə keçirdiklərini qanuni şəkildə əllərindən aldılar.." . Qərb Avropalıların çox qəribə mənəvi cəhətidir gülməli məntiqləri buada üzə çıxır :Öz qənimətləri"qanuni" və başqalarının qəniməti isə "qanuni deyil".
Avar qəbirlərindən tapılan və araşdırmaçıları heyrətləndiriən tapıntılardan olan Bağdaddan gümüş ərəb sikkələri idi. Göründüyü kimi Avarların Yaxın Şərqlə ticarət əlaqələri var idi.

Kaganatın düşməsinin səbəbini bir veteran Avar belə izah edir: "Əvvəl, intriqalrla xaqanı sadiq və ağıllı məsləhətçilərdən məhrumetdilər, güc pislərin əlinə düşdü. Sonra xalqın qarşısında həqiqəti müdafiə etməli olan hakimlər yollarını azdılar , onlar saxtakar və oğrular iləəlbir olub həqiqəti görməzdən gəldilər, şərəbaın bolluğu sərxoşluğa səbəb oldu və Avarlar fiziki cəhətdən zəiflədi, ağıllarını itirdilər. Nəhayət, onlar ticarətə meyl etdilər: Avarlar tacirlər oldu: birisi aldatdı, qardaşı qardaşına xəyanət etdi. Buda, ağalar, bizim utanc verici bədbəxtliyimizin məınbəyinə çevrildi. Ağöalar o möhtəşəm, yenilməz xaqanlıq və millət mıhv oldu.... "
Aktual müsahibə. Bəzi ölkələr üçün zamanımızdada məqbuldur.
Symbat Demesinova dərc et
Əvvəlki yazı "Avarlar" (üç hissədə) linkdə:
https://www.facebook.com/nomadsgreatsteppe/posts/1242104719247482












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.