Azərbaycanlı gənc qadın Türkiyədə yoxa çıxıb: Muje Anlı onu axtarır

26-04-2019, 08:46           
Azərbaycanlı gənc qadın Türkiyədə yoxa çıxıb: Muje Anlı onu axtarır
Azərbaycandan olan Aytən Hüseynova adlı gənc qadın Türkiyədə itkin düşüb. Cebhe.info xəbər verir ki, Türkiyənin məşhur televiziya proqramı, Muje Anlının müəllifi və aparıcısı olduğu “Tatlı sərt” ailəsinin müraciəti ilə gənc qadının axtarışlarına başlayıb.

Məlumata görə, gənc qadın özünü Əmrah adı ilə tanınan şəxslə birgə iş qurub, daha sonra onlar bir evdə yaşamağa başlayıblar. Şəxs özünü polis əməkdaşı kimi təqdim edib . Ancaq 18 martdan etibarən gənc qadından xəbər almaq mümkün deyil.

Polis qadının ailəsinə özünü Əmrah kimi təqdim edən şəxsin polis əməkdaşı olmadığı, adının fərqli olduğu və müxtəlif cinayətlərdə ittiham olunduğunu bildirib.

Qonşuların ifadəsinə görə, martın 17-də onların yaşadığı evdən qışqırıq səsləri eşidilib. Bundan sonra gənc qadından xəbər alınmayıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.