Nəticələr niyə ləğv edildi? – Ərdoğan AÇIQLADI

7-05-2019, 15:27           
Nəticələr niyə ləğv edildi? – Ərdoğan AÇIQLADI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Seçki Komissiyasının bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrinin ləğv olunmasına münasibət bildirib.

Prezident Ədalət və İnkişaf Partiyasının seçkilərdən alnıaçıq, üzüağ çıxdığını deyib.

“Türkiyə daha bir əhəmiyyətli seçkini geridə qoydu. 31 mart bələdiyyə seçkilərinin nəticələrinin bir daha ölkəmiz və şəhərlərimiz üçün xeyirli olmasını diləyirəm. AKP bu seçkilərdə 15 böyük şəhər, 24 mahal, 516 ilçə və 203 rayon bələdiyəsi idarəetmə haqqı əldə etdi. Millətimiz bizə 1389 bələdiyyənin 758-nin məsuliyyətini həvalə edib. Böyük şəhər, mahal, ilçə və rayonlarda itirdiyimiz bələdiyyələrin hər biri ilə bağlı tək-tək işlər görürük. Seçkilərin ən mübahisəli mövzusu İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı seçkiləri oldu. Bu seçkini 25-28 min fərqlə AKP-nin uduzduğu elan edildi. Biz milli iradəyə olan bağlılığımız səbəbilə bu vəziyyəti hörmətlə qarşılamağa hazır idik. Növbəti günlərdə dostlarımızın hazırladığı sandıq nəticələri protokolları, ilçə protokolları ilə, etibarsız səslərlə bağlı etirazlar qətiləşdikcə qarşımıza tamamilə fərqli bir mənzərə çıxdı. Gördük ki, AKP-nin 15 min seçicisinin iradəsi açıq-aşkar qəsb edilib. Bu xətaların bir hissəsi səhvən edilsə də, böyük bir hissəsinin bilərəkdən olduğu bəllidir. Xətalar, səhvlər digər partiyalarla müqayisədə eyni həcmdə olmayıb, sadəcə AKP-nin səslərində müəyyən fərqlilik meydana çıxıb”, – Ərdoğan bildirib. (publika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.