Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı - Hökumətin mitinq qorxusu

9-05-2019, 21:38           
Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı - Hökumətin mitinq qorxusu
Bu gündən etibarən Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.
Beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks” tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər social şəbəkələrə girişə blok qoyublar.
Təkcə Twitter və WhatsApp-a giriş açıqdır.
Qeyd edək ki, son aylar Qazaxıstanda müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Belə ki, hökumət əhalini kütləvi nümayişlərə çağıran ölkədən qovulan müxalifətçi Muxtar Ablyazovla canlı rabitəniməhdudlaşdırmağa çalışır.
Bundan başqa, ölkə ərazisində bir neçə sayta giriş də bağlanıb.
Ötən gün isə Baş Prokurorluq müraciət yayaraq vətəndaşları razılaşdırılmamış mitinqlərə çıxmamağa səsləmişdi və mitinqə çıxacaq şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq etmişdi. (qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.