Trakyadakı 20 trilyon kubmetr təbii qaz tapılması xəbərinin əsli - İNGİLİS MƏTBUATI NƏDƏ SƏHV EDİBMİŞ?

9-05-2019, 22:01           
Trakyadakı 20 trilyon kubmetr təbii qaz tapılması xəbərinin əsli - İNGİLİS MƏTBUATI NƏDƏ SƏHV EDİBMİŞ?
Türkiyənin Trakya rayonunda 20 trilyon kubmetrlik təbii qaz ehtiyatının tapılması ilə bağlı bu günlərdə yayılan xəbərlərdə yalnışlıq olduğu ortaya çıxıb. Ərazidə qazma işləri aparan “Valeura” adlı Kanada şirkətinin mənbələri əslində 20 trilyon “tcf” təbii qaz ola biləcəyi proqnozunu verdiklərini bildiriblər. Türkiyənin “Habertürk” nəşrinin yazdığına görə, ABŞ sistemində istifadə edilən bu həcm vahidi kubmetrə çevrildikdə 500-550 milyard kubmetr demək olurmuş.

Yalnış xəbəri İngiltərə qəzeti yayıb

İngiltərədə dərc edilən “Deyli Teleqraf” qəzeti kanadalı şirkətin norveçli tərəfdaşı “Equinor” ilə birlikdə İstanbuldan cəmi 2 saatlıq məsafədə 20 trilyon kubmetrlik təbii qaz ehtiyatının tapması xəbərini yaymışdı. Xəbərdə deyilirdi: “Təbii qazı tamamilə xaricdən idxal edən Türkiyə bunun sayəsində Rusiyadan enerji asılılığından xilas ola bilər. Bu həcmdəki təbii qaz ehtiyatı eyni zamanda Türkiyə iqtisadiyyatını da gücləndirə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.