Ərdoğan onlardan imtina etdi: "4 milyon suriyalını evlərinə yola salacağıq..."

11-05-2019, 12:52           
Ərdoğan onlardan imtina etdi: "4 milyon suriyalını evlərinə yola salacağıq..."
Beynəlxalq terrorizmlə mübarizə sahəsində ikili standartlar siyasəti yolverilməzdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğna bildirib: "Bizim bütün səylərimizə baxmayaraq, biz terrorizmlə mübarizədə və güc toplayan radikal cərəyanlar istiqamətində ikili standartlar siyasətinin davam etdirilməsinin şahidi oluruq".

Trend-in məlumatına görə, dövlət başçısı onu da qeyd edib ki, Türkiyənin Suriyanın şimalında mübarizə apardığı terror qruplaşmalarına 10 minlərlə silah, nəqliyyat vasitəsi verilib.

T.Ərdoğan Suriyanın şimalında fəaliyyət göstərən terror təşkilatlarının adi silahlı qruplaşmalar qismində təqdim edilməsinin yolverilməz olduğunu vurğulayıb: "Bizim sərhəd boyunca yerləşən digər Suriya regionlarını da terrorçulardan təmizləyərək, yaxın zamanlarda 4 milyon suriyalıya evə qayıtmaq imkanı verəcəyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.