«İSTANBULDA TƏKRAR SEÇKİLƏRƏ QARIŞMAYIN!» – Türkiyə ABŞ-a çağırış etdi

13-05-2019, 00:16           
«İSTANBULDA TƏKRAR SEÇKİLƏRƏ QARIŞMAYIN!» – Türkiyə ABŞ-a çağırış etdi
Rəsmi Ankara Amerika Birləşmiş Ştatlarını (ABŞ) Türkiyə Yüksək Seçim Kurulunun qərarına hörmətlə yanaşmağa çağırıb.

«Bütün tərəfləri Türkiyə Yüksək Seçki Kurulunun (YSK) qəbul etdiyi qərara hörmət eiməyə çağırırıq. Qeyd etmək lazımdır ki, təkrar seçki haqqında qərar bundan əvvəl Birləşmiş Ştatlarda və dünyanın bir sıra digər ölkələrdə də qəbul olunub. Belə məsələlər demokratik normalar çərçivəsində həll olunur» - deyə, Türkyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy bəyan edib («Anadolu»).

ABŞ Dövlət Departamentinin nümayəndəsi Moran Ortaquyenin və bəzi konqresmenlərin Türkyə YSK-nın İstanbulda bələdiyyə sədri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərarına yönəlik kritik bəyanatlarını şərh edən xarici siyasət idarəsi bəyan edib ki, «azad və demokratik seçkilər Türkiyə dövlətçiliyi ənənəsinin ayrılmaz hissəsidir».

«Bütün seçkilərdə yüksək seçici fəallığı onun göstəricisidir ki, Türkyə xalqı demokratiya normalarına və ölkənin seçki sisteminə inanır» – Aksoy bildirib.

Buunla bərabər, türkiyəli diplomat xatırladıb ki, İstanbul meri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərar ölkənin Seçki Məcəlləsinin pozulması hallarının qeydə alınması səbəbilə qəbul olunub.

«İyunun 23-də mümkün olan hər şey ediləcək ki, İstanbul sakinlərinin iradəsi maksimum səviyyədə təmin olunsun. Bu, əvvəlki seçkilərdə olduğu kimi, Türkiyənin prioritetidir» - deyə, Türkiyə XİN əmin edib.
«AzPolitia.info»












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.