Türkiyənin səfiri İftar məclisini tərk etdi – FETÖ təxribatı

13-05-2019, 18:04           
Türkiyənin səfiri İftar məclisini tərk etdi – FETÖ təxribatı
Türkiyənin Qırğızıstandakı səfiri FETÖ-çuların da dəvət aldığı İftar məclisində oturmayıb.

Yenicag.ru-nun məlumatına görə, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Videomaterialdan da görünür ki, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi tərəfindən Bişkekin “Dasmiya” restoranında təşkil olunan İftar məclisinə dəvət olunan Türkiyənin Qırğızıstandakı səfiri Çengiz Kamil Fırat orada “Sapat” liseylərinin direktoru, FETÖ-çu Orxan İnandını gördükdə, nümayişkar tərzdə məkanı tərk edir.

Səfir Kamil Fırat “Sapat” liseylərinin direktoru İnandının FETÖ terror şəbəkəsinə mənsub olduğunu deyib:
“Siz necə Ruhani İdarəsiz ki, Ramazan ayında terrorçunu İftara dəvət edirsiz? Mən burada sizin üçün 35 milyon dollara məscid tikdirmişəm, siz isə məni terrorçu ilə bir sıraya qoyursuz. Siz niyə FETÖ-nun təşkilat rəhbərini buraya dəvət etmisiz? Deyirəm, siz ya Türkiyəni, ya da FETÖ-nu seçməlisiz”.

Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi isə olaydan sonra verdiyi açıqlamada insidentin artıq yoluna qoyulduğunu bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.