Məşhur Türk jurnalistdən Ərdoğana sərt reaksiya - "Qoyunuq biz sizin üçün?!" - VİDEO

14-05-2019, 16:32           
Məşhur Türk jurnalistdən Ərdoğana sərt reaksiya - "Qoyunuq biz sizin üçün?!" - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən günlərdə mandatı əlindən alınmış sabiq İstanbul Bələdiyyə başçısı (eyni zamanda növbəti seçkilərdə əsas favorit namizəd) Əkrəm İmamoğluna dəstək verən türk məşhurlarını sərt tənqid etmişdi. Ərdoğan sözügedən məşhurlar haqqında “Bir problemləri olan kimi yanımıza qaçırlar. Biz də hərzaman əlimizdən gələni edirik, ancaq bir də görürük ki, dünən bizdən kömək istəyənlər bu gün başqalarına yaltaqlıq edir. Sənətçinin işi bu cür insanlara (İmamoğlu kimilərinə) yaltaqlıq etmək deyil” demişdi.

Ərdoğanın bu sözləri türk ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. Ərdoğan müxtəlif türk ziyalıları və sənətçiləri tərəfindən tənqid atəşinə mərzu qaldı. Prezidenti sərt şəkildə tənqid edənlərdən biri də Türkiyənin ən reytinqli xəbər proqramının aparıcısı Fateh Portakal oldu.

F. Portakal canlı yayımda Ərdoğan sözlərini şərh edərək qeyd etdi ki, “Siz (Ərdoğan) bu ölkənin və vətəndaşların problemlərini həll etmək üçün iqtidara gəlmisiniz. Sizi dəstəkləyənlərin də dəstəkləməyənlərin də problemlərini həll etməlisiniz. Çünki siz Türkiyə hökumətisiniz. Necə yəni, problemini həll etdiniz deyə insanlar sizə beyət etməlidir?! İnsanlar hökmən siz düşündüyünüz iqtiqamətdəmi düşünməlidirlər?! Belə də şey olarmı, qoyunuq biz sizin üçün?













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.