Dini məkandan oğurluq olub, həm də qəribə şəkildə

15-05-2019, 06:50           
Dini məkandan oğurluq olub, həm də qəribə şəkildə
Oğrular sədəqə üçün yığılmış pulu aparmaqla kifayətlənməyiblər
Türkiyənin Adana şəhərində qəribə olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, oğrular pəncərəni qıraraq "Quran" kursları keçirilən məkana daxil olublar.

Onlar içəridə sədəqə üçün yığılan 500 Türk lirəsini oğurlayıblar. Lakin dərhal da ərazini tərk etməyiblər. Pulları götürdükdən sonra mətbəxə keçərək, hazırlanmış yeməkləri yedikdən sonra məkandan ayrılıblar.

Artıq polis tərəfindən onların axtarışına başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.