“BAĞDAD S-400 ALMAQ QƏRARINA GƏLİB” – İraq hökuməti bu silahı kimə qarşı istifadə etmək niyyətindədir?

17-05-2019, 07:31           
“BAĞDAD S-400 ALMAQ QƏRARINA GƏLİB” –  İraq hökuməti bu silahı kimə qarşı istifadə etmək niyyətindədir?
İraq hökuməti Rusiyadan «Triumf» S-400 zenit-raket kompleksi (ZRK) almaq qərarına gəlib. Bu barədə İraqın Moskvadakı səfiri Haydar Mansur Hadi xəbər verib.
«S-400-ə gəlincə, İraq hökuməti qərar qəbul edib – sistemləri almaq istəyir» – deyə, diplomat bildirib. Qeyd edib ki, hələlik sövdənin dəqiq tarixini müəyyən edən «yol xəritəsi» yoxdur.

Jurnalistlərin «S-400 sistemi almaqda ABŞ İraqa mane ola bilərmi?» – sualına səfir yayındırıcı cavab verib: «Uyğun diplomatik kanallar var».

Hadinin bu bəyanatı aprelin 23-25-də Bağdadda ticarət, iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Rusiya-İraq dövlətlərarası komisiyasının iclasından sonra səslənib. Rusiya tərəfdən iclasda Rusiya hərbi-sənaye kompleksini kurasiya edən Baş nazir müavini Yuri Borisov da iştirak edib.

Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, söhbət iki S-400 komplektindən (döyüş dəsti ilə birlikdə) gedir: «Cəmi, 4 divizion və 2 komanda məntəqəsi».

Xəbər verilir ki, Bağdad bir neçə il ərzində Çin istehsalı olan uzaq mənzilli HQ-9 ZRK sistemi ilə Rusiyanın S-400 sistemi arasında tərəddüd keçirib. «Çinlilər daha sərfəli şərt irəli sürüblər. Mümkündür ki, tərəflər sadəcə, razılığa gələ bilməyiblər, ya da ki, Rusiya silahı digər silahlarla birlikdə alınır» – deyə, mənbə bildirib.

Hazırda Rusiyanın S-400 üzrə 3 xarici kontraktı var – Çin, Hinlistan və Türkiyə ilə. Onlardan ikisi reallaşma mərhələsindədir (Pekin və Dehli ilə).

Xəbər verilir ki, İraq silah və hərbi texnika idxalı məsələsində ABŞ-dan asılılığını azaltmaq məqsədilə Rusiya, Çin, Yaponiya və Cənubi Koreyadan silah almağı planlayır. Bu barədə, «Əlsabah» İraq qəzetinə müsahibəsində mayın 8-də İraqın müdafiə və milli təhlükəsizlik məsələləri üzrə parlament komisiyasının sədri Mohəmməd Reza bildirib.

Digər silahlar bir yana, bəs S-400 simtemləri İraqın nəyinə lazım olub? Axı hava məkanı illərdir ki, hər kəsə açıq olan bu ərəb dövləti S-400-ləri kimə qarşı istifadə etmək niyyətindədir?
Tərəddüdsüz olaraq cavab vermək olar – Türkiyə təyyarələrinə qarşı! Məlumdur ki, Türkiyə dövlətçiliyini hədəfə almış terrorçu PKK qüvvələrinin əsas düşərgələri və silah-sursat anbarları İraqın şimalında yerləşir. Türkiyə aviasiyası isə dövri olaraq, bu hələfləri havadan bombalayır.

Görünür, Türkiyənin PKK-ya qarşı hava hücumları İranın xoşuna gəlmir və S-400 simstemlərinin köməyi ilə hökumət PKK terrorçularını Türkiyə aviasiyasının zərbələrindən qorumaq məqsədi güdür…

Bu kontekstdən yanaşıldıda, İrqaın Baş nazirinin Türkiyəyə səfəri də diqqətdən kəqarda qala bilməz. Böyük ehtimalla, bu səfər Türkiyənin sayıqlığını aşağı salmaq məqsədi daşıyır…

Mirzə AĞ
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.