“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu olub

20-05-2019, 06:56           
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu olub
Türkiyə Super Liqasında XXXIII tur davam edir. ONA-nın məlumatına görə, tur çərçivəsində daha dörd oyun keçirilib.
Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində “sarı-qırmızılar” əzmkar qələbə qazanıblar.
Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, “Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan “cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla “Qızıl dubl”a imza atıb.
Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular “Alanyaspor”la “Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb. Super Liqada qalmaq uğrunda mübarizə aparan “Bursaspor”la “Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən “Akhisar” isə “Kayserispor”u büdrədib – 2:2.
Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq.
Türkiyə Super Liqası
XXXIII tur
19 may
“Akhisar” – “Kayserispor” – 2:2
Reqattin, 37, Manu, 80 – Kravets, 61, Qyan, 90
“Bursaspor” – “Göztəpə” – 0:0
“Alanyaspor” – “Rizəspor” – 1:1
Sisse, 12 – Muriqi, 65
“Qalatasaray” – “Başakşəhər” – 2:1
Fequli, 47, Onyekuru, 64 – Bajiç, 17












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.