“İmamoğlu yox, Kılıçdaroğlu...” – Ərdoğandan şok açıqlama

20-05-2019, 11:48           
“İmamoğlu yox, Kılıçdaroğlu...” – Ərdoğandan şok açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyun seçkisi prosesində CHP-nin namizədi Əkrəm İmamoğlunun yox, CHP lideri Kamal Kılıçdaroğlunun opponenti olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı açıqlama verib.

Dövlət başçısı Əkrəm İmamoğlunun onun opponenti səviyyəsində olmadığını bildirib:

“Əkrəm İmamoğlu mənim opponentim olacaq səviyyədə deyil. Mənim opponentim Kılıçdaroğludur. Mən deyirəm o cavab verir, o deyir mən cavab verirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.