37 yaşlı qadını 10 min pula görə öldürdülər, cəsədini yandırdılar - FOTO

20-05-2019, 20:39           
37 yaşlı qadını 10 min pula görə öldürdülər, cəsədini yandırdılar - FOTO
İstanbulda 37 yaşlı qadın 10 min 750 lirəyə görə ilk öncə öldürülüb, daha sonra isə evində yandırılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı Fəridə Gənc satdığı maşının puluna görə öldürülüb.

3 il öncə həyat yoldaşını itirən 37 yaşlı Fəridə Gənc Petroliş Məhəlləsində yerləşən binaların birində 4 yaşlı oğlu ilə birlikdə yaşayırmış. Hadisə günü o, 4 yaşlı oğlunu bağçaya qoyduqdan sonra evə gedib. Günorta saatlarında qadının mənzilində yanğın baş verib. Yanğın söndürüldükdən sonra qadının yanmış meyiti mənzildən tapılıb.

Yanğınla bağlı cinayət işi açılıb.

Araşdırmalar zamanı qadının 3 il öncə öldüyü həyat yoldaşının avtomobilini 10 min 750 TL-yə satdığı və məhz buna görə öldürüldüyü ortaya çıxıb.

Binanın təhlükəsizlik kameralarında qadının yanında bir kişi olduğu ortaya çıxıb. Həmin kişinin Məhərrəm.K-nın olduğu bəlli olub.

Hadisə günü qadınla kişinin pul üstündə mübahisə etdiyi ortaya çıxıb. Mübahisə zamanı Məhərrəm.K-nın Fəridə Gənci boğaraq öldürdüyü və daha sonra pulları götürüb mənzilini yandıraraq iz itirməyə çalışdığı ortaya çıxıb.

Cinayəti törədən Məhərrəm.K polislər tərəfindən saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.