Ərdoğan: Biz Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik

13-06-2019, 07:20           
Ərdoğan: Biz Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik
Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Biz Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik".

Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb: "Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".
T.Ərdoğan həmçinin ABŞ-dan "F-35" qırıcı təyyarələrinin alınması haqqında da danışıb: "Türkiyə bu təyyarələrin yalnız müştərisi deyil, eyni zamanda istehsal üzrə tərəfdaşdır. Ayın sonunda Yaponiyada ABŞ prezidenti Donald Trampla görüşümüz olacaq. Bu məsələni biz onunlar müzakirə edəcəyik".шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.