Ərəb nazirdən PKK-ya dəstək: Tayfalarla görüş

15-06-2019, 07:34           
Ərəb nazirdən PKK-ya dəstək: Tayfalarla görüş
Səudiyyə Ərəbistanının Körfəz Əlaqələri naziri Tamer əl-Şaban Suriyada YPG-nin nəzarətində olan bölgələri ziyarət edərək ərəb tayfalarından qruplaşmaya dəstək vermələrini istəyib.

Axar.az xəbər verir ki, ərəb nazir İŞİD-ə qarşı koalisiyasını təmsilçisi Uilyam Robak ilə Deyr əz-Zor mahalının Əl-Ömər neft sahəsinə gəlib.

Şaban tayfa nümayəndələri ilə keçirdiyi toplantıda onlardan YPG-yə dəstək vermələrini istəyib.

Nazir həmçinin Türkiyə və Qətərin yaxınlaşması məsələsində iştirakçılara xəbərdarlıq edib.

Qeyd edək ki, ərəb nazir bundan öncə də bir neçə dəfə YPG-nin nəzarətində olan bölgələrə səfər edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.