Kandada yaşayan azərbaycanlılar cəmiyyət yaratdılar FOTO

15-06-2019, 09:23           
Kandada yaşayan azərbaycanlılar cəmiyyət yaratdılar FOTO
9 İyun 2019-cu il tarixində Torontoda 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib.

450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə baş tutan tədbirdə “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyətin yaradıldığı elan edilib və ictimaiyyətə açıqlanıb.

Musavat.com -a verilən məlumata görə, cəmiyyətin əsas məqsədi Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar arasında əlaqələndirmə və eləcə də mədəni irsin və dəyərlərin qorunması üçün tədbirlərin təşkil edilməsidir. Tədbirdə Ontario əyalətinin parlament üzvləri də iştirak ediblər və azərbaycanlıları “Respublika günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildiriblər.
Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adlı cəmiyyət yaratdılar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.