Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə "Çalar saat" yumruğu: "Yazığım gəldi..." (VİDEO)

17-06-2019, 13:37           
Akşenerdən Ərdoğan-Bahçeli cütlüyünə "Çalar saat" yumruğu: "Yazığım gəldi..." (VİDEO)
Dünən axşam Türkiyənin nüfuzlu FOX telekanalında Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında baş tutan tarixi "savaş"ın ardından bu gün səhər saatlarında həmin telekanalın "Çalar saat" proqramının qonağı olan İYİ partiya başqanı Meral Akşener sensasion hesab edilən açıqlamalarla çıxış etdi.


Moderator.az xəbər verir ki, M. Akşener Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalı haqqında olduqca ilginc fikirlər səsləndirərək Türkiyədəki mövcud sistemi eninə-uzununa qılıncladı. iyi partiya başqanı 23 iyun seçkilərində Əkrəm İmamoğlunun qələbə qazanacağını bildirdi və Türkiyənin gələcək siyasi həyatının 23 iyun seçkilərindən sonra yenidən şəkillənməyə başlayacağını vurğuladı.

Bu dəqiqələrdə davam edən proqramda M. Akşener Binəli Yıldırımın düşdüyü çarəsiz duruma da işarə edərək, Azərbaycanda çox işlədilən "yazığım gəldi" ifadəsindən istifadə etmək zorunda qaldığını bildirdi və bununla "Cümhur ittifaqı"nın ölkədə nifrət və qorxu körükləməsini şiddətlə qınadı.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.