Yıldırımdan inanılmaz: Moderator debata kölgə saldı

20-06-2019, 07:30           
Yıldırımdan inanılmaz: Moderator debata kölgə saldı
Moderator İsmayıl Küçükkaya debata kölgə saldı.

Axar.az xəbər verir ki, bu sözləri İstanbul Bələdiyyə sədrliyinə Cümhur İttifaqından namizəd Binəli Yıldırım deyib.

O bildirib ki, moderat hər iki namizədə eyni dərəcədə həssaslıq göstərməyib:

“Burada məsələ odur ki, hər iki namizədə bərabər səviyyədə münasibət göstərilməyib. Mən telefonun digər tərəfindəyəm. Uzaqda deyiləm. Mənimlə telefon əlaqəsi saxlayır, amma digər namizədlə üzbəüz görüşür. Bunu cəmiyyətin öhdəsinə buraxıram”.
Qeyd edək ki, 16 iyunda keçirilən Yıldırım-İmamoğlu debatına moderatorluq edən Küçükkayanın debatdan iki gün öncə İmamoğlu ilə bir oteldə görüşməsini əks etdirən görüntülər geniş rezonans yaradıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.