28 Avropa ölkəsi Türkiyəyə qarşı birləşdi – SANKSİYA İLƏ TƏHDİD EDİRLƏR

20-06-2019, 07:54           
28 Avropa ölkəsi Türkiyəyə qarşı birləşdi – SANKSİYA İLƏ TƏHDİD EDİRLƏR
Türkiyənin Kipr sahillərində hidrokarbon axtarışı üçün apardığı kəşfiyyat qazma işləri Avropa İttifaqı ölkələrinin ona qarşı birləşməsinə səbəb olub. Lüksemburqda keçirilən iclasda 28 üzv ölkədən olan xarici işlər nazirləri Avropa Komissiyasını Türkiyəyə qarşı “müvafiq tədbirlər” görməyə çağırıblar. Avropa İttifaqının ara biləcəyi addımlar arasında qazma işlərində iştirak edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların ola biləcəyi bildirilir.
Cənubi Kipr yunan rəhbərliyi Ankaraya qarşı tərbirlər görülməyəcəyi təqdirdə Aİ-nin genişləndirilməsi danışıqlarını əngəlləmək ilə təhdid edir.
Yunanıstanın baş naziri Aleksis Çirpas Avropa Şurasının başçısı Donald Tusk ilə telefonla danışaraq Brüsselin Türkiyənin addımlarını qeyd-şərtsiz qınamalı olduğunu bildirmişdi.
Ankara isə Kiprin yunan hissəsinin birtərəfli qazma işlərinin Kipr türklərinin hüquqlarını pozduğunu, yunanların xüsusi iqtisadi zona elan elədiyi sahənin müəyyən hissələrində Türkiyə ilə Kipr türklərinin də hüquq sahibi olduqlarını bildirib.
Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.