Ərdoğan S-400-lərin tədarükü prosesindən danışıb

29-06-2019, 09:08           
Ərdoğan S-400-lərin tədarükü prosesindən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osakada (Yaponiya) keçirilən G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putin ilə görüşüb və S-400 zenit-raket komplekslərinin tədarükündan danışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ankara Rusiya S-400-lərinin tədarük prosesini müşahidə edir.

"Belə başa düşürəm ki, tədarük prosesində hər hansı bir ləngimə yoxdur", - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə-Rusiya əməkdaşlığı üçün birgə raket istehsalı və texnologiyaların ötürülməsi əhəmiyyət kəsb edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.