Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb - VİDEO

30-06-2019, 08:26           
Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb - VİDEO
azaxıstanın Atırausk vilayətinin Tenqiz neft mədənində qazax və əcnəbi işçilər arasında baş vermiş dava zamanı 30 nəfər xəsarət alıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə region administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, işçilər Tengizdə "Sohsolited Contracting Endihering and Prourement S.A.L Offshore" (CCER) şirkətində toplaşaraq, bu yaxınlarda Liviya vətəndaşının "WhatsApp"dakı profilində yerli qızın fotosunu yerləşdirməsinə narazılıqlarını ifadə ediblər.

Məlumatda qeyd edilir ki, tibb məntəqəsində 30 nəfərə tibbi yardım göstərilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir. Qarşıdurma zamanı ölən olmayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyində dələduzluq faktı üzrə məhkəməyə qədərki araşdırma başlayıb.

Hadisə yerində məsul vəzifəli şəxslər və rayon prokuroru gəlib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.