Türkiyə suriyalı qaçqınlara xərclədiyi pulun məbləğini açıqladı

30-06-2019, 08:30           
Türkiyə suriyalı qaçqınlara xərclədiyi pulun məbləğini açıqladı
Türkiyədə Suriya, İraq və Əfqanıstandan olan qaçıqnların sayı 4 milyonu keçib. AzEuroNews.com xəbər verir ki, bunu “G20” toplantısı üçün Yaponiyaya gedən və oradakı Mukoqava Universitetindəki bir paneldə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Türkiyə Prezidenti bildirib ki, Suriyada 8 ildir davam edən müharibə bu ölkədən Turkiyəyə sığınan suriyalıların sayının ildən-ilə artmasına səbəb olub: “Bəzi qərb ölkələrindən fərqli olaraq biz problemə tikanlı məftillərlə hörülmüş divarlar arxasından baxmamışıq. Türkiyə müharibədən qaçan və köməksiz olan Suriya, İraq və Əfqanıstan vətəndaşlarına qucaq açıb”.

Ərdoğan bildirib ki, Türkiyə təkcə Suriyadan olan qaçqınlara 37 milyard dollar xərcləyib. Türkiyə Prezidenti vurğulayıb ki, bunun qarşılığında Türkiyəyə yalnız 2 milyard dollar verilib.

O, qərb dövlətlərini müharibədən qaçan insanlara qarşı münasibətdə həssas olmağa çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.