Yıldırıma yaraşan addım bu olar - İmamoğlu

30-06-2019, 11:43           
Yıldırıma yaraşan addım bu olar - İmamoğlu
İstanbul Böyükşəhər Bələdiyyə seçkilərindən sonra istefa verən işçilər geri çağrılıb.

Axar.az xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib. O bildirib ki, istefa verən işçiləri bazar ertəsi ofisində qəbul edəcək:

"Onları bazar ertəsi üçün görüşə dəvət etdim. Söhbət edəcəyik, qərarlarını müzakirə edəcəyik. Hazırda status gözləntiləri olduqları üçün bu addımı atmış ola bilərlər. Bunları danışacağıq. Bu proseslər təbiidir. Biz yolumuza davam edirik. Bələdiyyəmizin 82 min işçisinə güvənirik”.

İmamoğlu onu da bildirib ki, seçkilərdən sonra Binəli Yıldırımla hələ də çay içmək fikirindədir:

“Binəli bəyə təşəkkür edirik. Seçkilərdən əvvəl təkidlə çaya dəvət etdi. Seçkilərdən öncə bu baş tutsaydı, ləzzətli olardı. Bundan sonrakı çaylarımızı içərik, problem yoxdur. Bu mərhələdən sonra düşünürəm ki, ona yaraşan məni ziyarət edib, qəhvəmi içməsi və təbrik etməsi olar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.