Ərdoğan: S-400-lər 10 gün ərzində çatdırılacaq

1-07-2019, 07:22           
Ərdoğan: S-400-lər 10 gün ərzində çatdırılacaq
S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması 10 gün ərzində həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Trampla həm telefon söhbəti, həm ikitərəfli görüş zamanı ABŞ tərəfindən sanksiya barədə heç bir söhbət olmayıb.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.