“Washington Post” terrorçu PKK başçısının məqaləsini yayınladı -SENSASİYA

4-07-2019, 16:26           
“Washington Post” terrorçu PKK başçısının məqaləsini yayınladı -SENSASİYA
“ABŞ terror təşkilatı siyahısına saldığı PKK-nın başçısı başına pul mükafatı qoyduğu Cemil Bayık’ın Washington Post qəzetində dünən məqaləsi yayılıb. Terrorçu elan edilən təşkilatın terrorçu liderinin düşüncələri terroru təbliğ sayılmalı olduğu halda, Washington Post qəzetinin etik standartları anlaşılan çox elastikidir”.

Turkustan.info xəbər verir ki, bu barədə media eksperti Ələsgər Məmmədli Facebook səhifəsində yazıb.
Media eksperti “Washington Post” qəzetinin eyni qaydada Ü.Bin Ladinin məqaləsini yayacağına əmin olmadığını bildirib: – Medianın bu davranışı dövlətin siyasətindən nə qədər müstəqil olduğu mübahisəsini açıq ortaya qoyur. Bu gün ABŞ bölgədə hətta terrora açıq qarışmış kürd qrupları dəstəklədiyi üçün, ABŞ-da çıxan qəzet də bu yolu gedir və etik standartlarını bir tərəfə qoyaraq terroristə meydan verə bilir. Hər halda bu səbəblərdən olsa gərək, ABŞ media Azadlığı indeksində gerilərə doğru irəliləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.