İlkər Başbuğdan şok S-400 xəbərdarlığı: "Müdhiş bir güc..."

5-07-2019, 09:57           
İlkər Başbuğdan şok S-400 xəbərdarlığı: "Müdhiş bir güc..."
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general İlkər Başbuğ Rusiyadan alınan S-400 raket komplekslərinin əhəmiyyətindən danışıb.

Teleqraf.com xəbər verir ki, general Habertürk telekanalına müsahibəsində S-400 məsələsində geriyə addım atmağın qeyri-mümkün olduğunu deyib: "Artıq bu işdə dönüş olmaz, bu, heç mümkün də deyil".

İlkər Başbuğ bildirib ki, S-400 kompleksləri həqiqətən starteji müdafiə silahıdır: "Çox böyük imkan və üstünlüyə sahibdir. Tutalım, onu ölkənin cənubuna yerləşdirdiz. Bütün Suriyanı, İraqı, Şərqi Aralıq dənizini, Kipri əhatə edə bilirsiz. Ordan bir təyyarə də uça bilməz.

Yaxud raket kompleksini ölkənin qərbinə yerləşdirirsən, bütün Egey dənizini, Şərqi Aralıq dənizini nəzarətdə saxlayırsan. Böyük, müdhiş bir güc verən sistemdən bəhs edirik. Bunu unutmamlıyıq..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.