Türkiyədə dəhşətli partlayış: Ölənlər və yaralananlar var - VİDEO

5-07-2019, 16:16           
Türkiyədə dəhşətli partlayış: Ölənlər və yaralananlar var - VİDEO
Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda avtomobil partlayıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər öldüyü və yaralıların olduğu bildirilib.

Hadisə Reyhanlı İcra Hakimiyyətinin qarşısında baş verib. Partlayış nəticəsində maşın alışıb, motor hissəsi 60 metr məsafəyə düşüb.

Araşdırma nəticəsində, ölənlərin Suriya vətəndaşı olduğu məlum olub.

Əraziyə çox sayda təcili tibbi yardım briqadaları, polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, partlamanın səbəbi maşına yerləşdirilən bomba olduğu qeyd edilir. Həmçinin daha bir avtomobildə bomba olduğu ehtimal edildiyinə görə, yolların bağlanıldığı qeyd edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.