CHP və HDP-dən Türkiyə ilə Azərbaycana xəyanət - Qondarma "soyqırım"ı ayaq üstə sükutla andılar

23-04-2015, 01:25           
CHP və HDP-dən Türkiyə ilə Azərbaycana xəyanət - Qondarma "soyqırım"ı ayaq üstə sükutla andılar
Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclasında böyük bir şok yaşanıb.

Avropa.info xəbər verir ki, iclasda İŞİD qruplaşması müzakirə olunarkən söz alan bir erməni millət vəkili bu gün İŞİD-in Yaxın Şərqdə xristianlara qarşı etdiklərini eynilə yüz il əvvəl Osmanlı türklərinin ermənilərə etdiyini söyləyib.

Bu sözlərdən sonra erməni millət vəkili AŞPA-nın sədri Anne Brasseurdan iclas iştirakçılarını qondarma “soyqırım” qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etməsini istəyib.

AŞPA-nın sədri də erməni millət vəkilinin dediyini qəbul edərək iclas iştirakçılarını qondarma "soyqırım" qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

İclasda iştirak edən Azərbaycan və Türkiyə heyətləri isə ayağa qalxmaqdan imtina edərək buna sərt reaksiya veriblər.

Amma əsas şok elə bundan sonra yaşanıb. CHP millət vəkili Gülsüm Bilgehan Toker və HDP millət vəkili Nazmi Gür də ayağa qalxaraq qondarma "soyqırım" qurbanlarını anıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.