Başına 4 milyon pu qoyulub - “Washington Post”a məqalə yazdı

6-07-2019, 22:42           
Başına 4 milyon pu qoyulub - “Washington Post”a məqalə yazdı
Amerikanın nüfuzlu “The Washington Post” qəzeti dünənki sayında PKK-nın lideri Cemil Bayıkın məqaləsini dərc edib.
Bu məsələ Türkiyədə etirazlara səbəb olub. Çünki Cemil Bayık ABŞ-ın və Türkiyənin ən çox axtardığı, ən təhlükəli terrorçular siyahısındadır. ABŞ Dövlət Departamenti onun tutulmasına imkan verən məlumat üçün 4 milyon dollar mükafat təyin edib. Türkiyə isə Bayıkın başına 5 milyon dollar pul qoyub.

Türkiyədən Anadolu Yayıncılar Dərnəyi qəzetin terrorçunun məqaləsinə yer verməsinə sərt eturaz bildirib. Təşkilatın bəyanatında deyilir ki, Türkiyədən 320 KİV “Washington Post” qəzetinin redaksiyasına etiraz məktubu göndərəcək. Çünki Bayıkın məqaləsinin dərc edilməsi terror təbliğatıdır və beynəlxalq hüququn pozulmasıdır.

Hərçənd cəmi bir neçə həftə əvvəl Türkiyənin TRT kanalı İstanbulda keçirilən təkrar bələdiyyə başqanı seçkiləri zamanı PKK-nın İmralıda həbsdə olan lideri Abdullah Öcalanın qardaşı Osman Öcalanla müsahibəni efirə vermişdi. Hansı ki, Osman Öcalanın Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verildiyi məlumdur.

Bir neçə il əvvəl isə Türkiyə KİV-lərinin bir qrup əməkdaşı İraqın şimalındakı Qəndil dağlarına gedərək PKK-nın düşərgəsində Cemil Bayıkla görüşüb müsahibə almışdılar. Həmin vaxt Türkiyədə hökumət “kürd açılımı” təşəbbüsü ilə çıxış edirdi...

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.