Türkiyədə azot zavodunda partlayış baş verib

8-07-2019, 09:39           
Türkiyədə azot zavodunda partlayış baş verib
Türkiyənin Kütahya əyalətində azot zavodunda partlayış baş verib.

Report Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, hadisə yerinə polis qüvvələri, xilasedici dəstələr, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

Hələlik hadisənin təfərrüatı barədə rəsmi açıqlama yoxdur. Zavod tərəfdən səmaya sarı rəngdə qatı tüstü yüksəldiyi deyilir.

Hadisə yerindəki xilasedici və jurnalistlər zəhərlənməmək üçün maskalardan istifadə edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.