Azərbaycan əsilli müğənnidən İmamoğlu ilə görüşən Murad Boza sərt sözlər - Foto

8-07-2019, 10:23           
Azərbaycan əsilli müğənnidən İmamoğlu ilə görüşən Murad Boza sərt sözlər - Foto
Azərbaycan əsilli türkiyəli müğənni Tuğba Əkinçi həmkarı Murad Bozun İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilə görüşünü sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, son zamanlar qalmaqallı açıqlamaları ilə gündəmə gələn Tuğba Əkinçi Murad Bozun seçki kampaniyası zamanı maddi yardım edərək dəstəklədiyi Əkrəm İmamoğlu ilə görüşünə dair fotonun yanına onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən olan fotoşəkli montaj edərək İnstaqramda paylaşıb.

Azərbaycan əsilli müğənni fotoya “Bir qibləniz olsun. Ortalıqda gəzməyin axırı yoxdur” qeydi yazıb.

Qeyd edək ki, Murad Boz İmamoğlu ilə iyulun 7-də Zonquldağ vilayətinin Qaradəniz Ərəğli mahalında görüşüb. Müğənni İmamoğlunun seçki kampaniyasına 100 min lirə yardım edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.