Azərbaycandan üç nəfərlə bağlı Türkiyədə qalmaqal

8-07-2019, 19:50           
Azərbaycandan üç nəfərlə bağlı Türkiyədə qalmaqal
Türkiyənin Adana şəhərində bələdiyyənin tabeliyində olan “Ulaşım A.Ş” nəqliyyat xidmətində Azərbaycanın adı keçən qalmaqal yaranıb.
Yeni bələdiyyə başqanı Zeydan Karalar sələfinin saxtakarlığını üzə çıxarıb. Məlum olub ki, şirkətdə bir sıra adamlar işləmədikləri halda, onların adına aylıq əməkhaqqı yazılıb alınırmış.

Bizimyol.info xəbər verir ki, saxta sənədlərlə maaş alanlar arasında Azərbaycanda yaşayan türk əsilli üç nəfər də var.

Bu barədə Adana Böyükşəhər Bələdiyyəsindən bildirilib. Məlumata görə, rəsmi sənədlərdə həmin şəxslərin Adanada nəqliyyat şirkətində çalışdığı görünsə də, əslində onlar dörd aydır ki, heç Türkiyəyə ayaq basmırlar.

Bələdiyyədən bildirilib ki, bu saxtakarlığın üstü açılan kimi, həmin şəxslərin əmək müqavilələrinə xitam verilib.

İddia olunur ki, əslində işləməyib, adına maaş yazılan şəxslər arabir şirkətdə görünür. Onda da lüks avtomobillərdə gəlib-gedirlərmiş.

Bu ilin martında Türkiyədə bələdiyyə seçkiləri nəticəsində Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Zeydan Karalar oldu. O, bu vəzifədə MHP-li Hüseyn Sözlünü əvəzlədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.