Türkiyə "S-400"-lərin tədqiqi üçün Rusiyaya 100 mütəxəssis göndərib

15-07-2019, 07:29           
Türkiyə "S-400"-lərin tədqiqi üçün Rusiyaya 100 mütəxəssis göndərib
Türkiyənin 100 mütəxəssisi S-400 zenit-raket sistemlərində işləmək üçün təlim məqsədilə Rusiyaya yola düşüb.

"Report" "Haberturk" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"S-400 üzrə razılaşma tariximizdə ən əhəmiyyətlidir. Çünki bu, yalnız ticarət məsələsi deyil. Bu əməkdaşlıq birgə istehsala keçid prosesidir. Və bu prosesdən sonra yenə də Rusiya ilə, S-500 raketləri haqqında danışıq aparıla bilər", - deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, ölkə S-400-lərin köməyi ilə döyüş əməliyyatlarının aparılması zamanı yalnız öz üstünlüyünü təmin etməyi deyil, həm də sülhü qorumağı və şəxsi milli təhlükəsizliyə zəmanət verməyi nəzərdə tutur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.