“NATO xoşbəxt olmalıdır ki, Türkiyə S-400 alıb” – Ərdoğan

15-07-2019, 07:33           
“NATO xoşbəxt olmalıdır ki, Türkiyə S-400 alıb” – Ərdoğan
NATO Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə xoşbəxt olmalıdır. Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, S-400-lərin əldə olunması NATO-ya güclü təsir edəcək:

“Alyans bundan xoşbəxt olmalıdır. Əgər NATO-da 3-5 ən güclü üzv ölkə varsa, onlardan biri Türkiyədir. Regionumuzda isə Türkiyə NATO-nun ən güclü dayağıdır. Yəni bu, həm də alyansı gücləndirəcək”.

Qeyd edək ki, Rusiyadan göndərilən S-400 zenit-raket kompleksləri bu gündən etibarən Türkiyəyə çatdırılıb. /Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.