FETÖ-yə görə 35 min vəzifəli şəxs həbs olunub

15-07-2019, 09:23           
FETÖ-yə görə 35 min vəzifəli şəxs həbs olunub
“FETÖ işilə bağlı indiyə qədər 540 min əməliyyat aparılıb”.
Türkiyənin Baş Polis İdarəsinin rəhbəri Cəlal Uzunqaya 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar son vəziyyət haqqında danışarkən bu fikirləri bildirib.

O, FETÖ işilə bağlı indiyədək toplanan tədqiqat materialları arasında 2 milyona yaxın rəqəmsal məlumatların olduğunu deyib: “Bunlardan 1 milyon 670 mini araşdırılıb və aidiyyəti üzrə təqdim olunub. Bu materiallar son dərəcə önəmli dəlillərdir”.

Uuzunqaya “FETÖ əməliyyatları” ilə əlaqəli hüquq-mühafizə orqanlarından 35 min vəzifəli şəxsin həbs olunduğunu bildirib: “255-260 min kadrımızdan 15 faizi vəzifəsindən azad olunub. Ümumilikdə Türkiyədə ilk başdan həftədə 2 minə qədər şübhəli şəxs dindirilibsə, sonrakı mərhələdə daha dəqiq sübutlarla bu rəqəm 500-600-ə endirilib. Amma əvvəlki əzm və davamlılıqla tədqiqatlarımız davam edir. Çünki “FETÖ izi” hələ də tam təmizlənməyib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.