Misir Mərdanovun təriflədiyi partiya sədri: - “Putin mənim sayəmdə dünya lideri oldu”

23-04-2015, 10:56           
Misir Mərdanovun təriflədiyi partiya sədri: - “Putin mənim sayəmdə dünya lideri oldu”
Türkiyədə 7 iyunda keçiriləcək parlament seçkisi öncəsi siyasi təbliğat qızışır.

Modern.az saytının verdiyi xəbərə görə Müstəqil Türkiyə Partiyasının qurucusu və sədri, Milli İqtisadiyyat Modeli adlı nəzəriyyənin banisi hesab edilən Heydər Baş daha çox tərəfdar toplaması üçün maraqlı açıqlaması isə diqqət çəkib.
Heydər Baş özünə maraq çəkmək üçün qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin onun sözünə qulaq asdıqdan sonra dünya liderlərindən birinə çevrilib.

“Putin dünya lideri oldu. Niyə görə? Çünki o, “mən Heydər Başı dinlədim” deyir”,- bildirən Heydər Baş bu siyahıya daxil olan ölkələrin sayının artdığını da bildirib.

Partiya lideri bildirib ki, Çin, Hindistan, Cənubi Afrika, Çili, İran və Suriya da onun nəzəriyyəsindən yararlanır.

Onun sözlərinə görə indi xarici ticarətdə milli valyutdan istifadə edən dövlətlərin sayı davamlı olaraq artır: “Biz bu pullarla birlikdə dünyanın hakim gücü və milləti olacağıq”.

1970-ci ildə Kayseri Ali İslam İnstitutunu bitirən Heydər Baş 1991-ci ildən Bakı Dövlət Universitetində (BDU) müəllim kimi işləməyə başlayır.

O, BDU-da “Vəda Xütbəsində İnsan Haqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edəndən sonra, bu təhsil müəssisəsində elmi fəaliyyətini bir az da genişləndirib. BDU-dakı akademik fəaliyyəti zamanı “İslam və Həzrəti Mövlanə”, “Təsəvvüf tarixi”, “Dinin sosiologiyası”, “Din psixologiyası” adlı elmi işlər ortaya qoymaqla professor olub.

Heydər Başı dünyada məşhur edən Milli İqtisadiyyat Modeli adlı iqtisadi nəzəriyyəsini əks etdirən eyni adlı kitabını BDU 2005-ci ildə nəşr edib.

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov, eks-təhsil naziri Misir Mərdanov da Heydər Başı tərifləyib və onun elmi fəaliyyətini təqdir ediblər. Heydər Baş Milli İqtisadiyyat Modeli haqqında Rusiya Dövlət Dumasında da məruzə ilə çıxış edib. Onun nəzəriyyəsi rus deputatlar tərəfindən müsbət qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.