Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib

21-07-2019, 06:57           
Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib
Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter"dəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri və sığınacağı da məhv edilib. Hava zərbələri "Pəncə" əməliyyatının qərargahı ilə əlaqələndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.