Türkiyə “S-400”lərin sirrini ABŞ-a verir? – Rus ekspertdən ŞOK İDDİA

23-07-2019, 21:47           
Türkiyə “S-400”lərin sirrini ABŞ-a verir? – Rus ekspertdən ŞOK İDDİA
“Rusiyada Türkiyəyə “S-400” satışı “diplomatik zəfər” kimi qəbul edilsə də, digər yandan bu sistemlərin texnoloji sirlərinin NATO ölkəsinin əlinə keçəcəyi narahatlığı yaşanır”.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Anatoli Tsıqanok deyib.

Ekspertin fikrincə, Türkiyəyə “S-400” satışı gəlir əldə etmək və bu sistemə NATO ölkələrindən rəğbət olduğunu göstərərək, rus silahlarının reklam edilməsi baxımından bir fürsətdir:

“Lakin məsələnin pis tərəfi də var, bu hava hücumundan müdafiə sistemlərinin texnoloji sirlərinin NATO-ya sızdırılması ehtimalı da yüksəkdir. Yəni, ABŞ bizim bu sistemlərimizin necə işlədiyinin sirrini öyrənə bilər. Bu isə Rusiyanın müdafiə gücünə zərər verəcək”.

NATO-nun Türkiyə ilə birgə təlimlərində “S-400”-lərə qarşı hücum texnikasını inkişaf etdirəcəyi ehtimalından danışan Tsıqanok qeyd edib ki, “S-400”-lər Suriya sərhədində yerləşdirilsə, bunlar Rusiyanın bölgədəki hərbi hava qüvvələri üçün ciddi problem yaradacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.