Məhkəmə Atambayevlə bağlı qərar verdi

9-08-2019, 08:55           
Məhkəmə Atambayevlə bağlı qərar verdi
Məhkəmə Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin avqustun 26-na kimi həbsi barədə qərar verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda onun vəkili Sergey Slesarev bildirib.

Keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib. Vəkilin sözlərinə görə, Atambayevə kriminal avtoritet Əziz Batukaevin qanunsuz azad olunması haqqında iş üzrə ilkin ittihamlar təqdim edilib.

Qeyd edək ki, keçmiş dövlət başçısı iqamətgahına xüsusi təyinatlı dəstə üzvlərinin üçüncü hücum cəhdindən sonra ötən gün təslim olub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.