Atambayevanın qızı danışdı: - SUSMAYACAĞAM!

9-08-2019, 21:56           
Atambayevanın qızı danışdı: - SUSMAYACAĞAM!
"İzvestiya" Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı Aliya Şaqiyevanın video müraciətini yayımlayıb.

FaktXəbər-in məlumatına görə, atasının tutulması və həbsi ilə bağlı hadisələri şərh edən Aliyə Şaqiyeva baş verənləri "özbaşınalıq" adlandırıb.

"Mən rəssamam. Heç vaxt siyasətə qarışmadım. Ancaq atamın qanunsuz və haqsız tutulması ilə əlaqədar hazırkı hökumətin indi etdiyi qanunsuzluqlara görə artıq susa bilmərəm", - deyə Şaqıyeva bildirib.

Onun sözlərinə görə, ölkədə qanun normaları pozulur, müxalif televiziya kanalları kəsilir, mediaya yalan məlumatlar göndərilir.

"Mən ailəm üçün qorxuram. Mülki insanlar üçün", - deyə qız etiraf edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.