Türkiyə rəhbərliyini ağladan komandir - İnanılmaz

18-11-2015, 21:18           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və Baş Qərargah rəisi Hulusi Akarı ağladan rabitə danışıqlarının detalları bəlli olub.

Axar.az xəbər verir ki, noyabrın 2-də general Ağsaqqal Dağlıcadakı "Bordo bereli"lərin komandiri ilə əlaqə quraraq “çətin şəraitdə mübarizə aparırsınız və artıq yoruldunuz, sizi yeni qüvvələrlə əvəzləyəcəyik”, - deyir.

Lakin qarşı tərəfin cavabı gözlənilən olmur:

“Xeyr, komandir. Biz çox yaxşıyıq. Yorulmamışıq. Əsgərlərimiz işlərini bitirmədən geri qayıtmaq istəmir. Vəzifəmizi sona çatdırıb, bayrağımızı o yüksəkliyə asmadan qayıtmayacağıq”.

General bu cavabdan sonra göz yaşlarını saxlaya bilmir və komandirlə razılaşır. O, rabitə danışıqlarının mətnini Baş Qərargah rəisliyinə göndərir. Danışıqları dinləyən general Hulusi Akar da göz yaşlarını saxlaya bilmir və səs yazısını baş nazirlə prezidentə göndərir.

Ərdoğan və Davudoğlunun reaksiyası isə generallardan fərqlənmir.

Bu görüşdən 3 gün sonra (5 noyabr) “Oramar təpəsi” PKK-çılardan təmizlənir.

Qeyd edək ki, 40 gün davam edən əməliyyatlarda 119 terrorçu öldürülüb və 3 min 500 metr yüksəklikdə PKK-nın bayrağı endirilərək Türkiyə bayrağı asılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.