Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO

18-08-2019, 08:38           
Böyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
Arxeoloqlar Türkiyədə yeni kəşfə imza atıblar.

RİA agentliyi xəbər verir ki, ilkin ehtimala görə qəbir gürcü hökmdarı Böyük Tamaranın nəvəsi Gürcü-Xatuna məxsusdur. Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən məlumat verilib.

"Ərzurum şəhərinin Pasinler rayonunda arxeoloji qazıntılar aparılıb. Nəticədə sultan İkinci Əlaəddin Keyqubad və onun anası Tamaraya (Gürcü-Xatun ləqəbli) məxsus olduğu ehtimal edilən iki sərdabə tapılıb", - deyə məlumatda bildirilir.

Səfirlik qeyd edir ki, məsələ ətraflı araşdırılacaq. Gürcü-Xatun gürcü knyazı Tamaradır və Baqrationlar sülaləsindən Rusudanın qızı, Böyük Tamaranın nəvəsidir. 1236-cı idə Səlcuq sultanı II Qiyasəddin Keyxosrova (1236-1246) ərə verilib. Gürcü şahzadə sultan sarayında böyük nüfuza sahib olub. Onu Gürcü-Xatun, yəni gürcü xanımı adlandırıblar.(oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.