“Heç kim türk əsgərini mühasirədə saxlaya bilməz” – Çavuşoğlu

23-08-2019, 18:50           
“Heç kim türk əsgərini mühasirədə saxlaya bilməz” – Çavuşoğlu
Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Livandakı görüşləri çərçivəsində Livan xarici işlər naziri Cibran Basil ilə birgə mətbuat konfransı keçirib.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin İdibdəki müşahidə nöqtələrində danışan Çavuşoğlu “Bizim İdlibdəki müşahidə nöqtələrimizdəki əsgərlərimiz mühasirədə deyil. Heç kim türk əsgərlərini mühasirədə saxlaya da bilməz”, - deyib.

O, Livan, İordaniya və İraqla ortaq forum yarada biləcəklərini də qeyd edib. Həmçinin, Aralıq dənizindəki son vəziyyətlə bağlı danışan Çavuşoğlu bildirib ki, Aralıq dənizində Kipr türk xalqının və Türkiyənin içində olmadığı heç bir müqavilə keçərli deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.