Lisani ilə bağlı gülünc iddia: Dosyesinə baxdım...

2-09-2019, 02:33           
Lisani ilə bağlı gülünc iddia: Dosyesinə baxdım...
Şərqi Azərbaycan Ədliyyə İdarəsinin keçmiş rəisi Hikmətəli Müzəffəri əyalətdə məhkəmə işləri arasında hansısa siyasi dosyenin olduğunu inkar edib.

Axar.az xəbər verir ki, Hikmətəli Müzəffəri Şərqi Azərbaycanda heç bir siyasi dosye və siyasi məhbusun olmadığını deyib.

O, Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə dosyesi ilə tanış olduğunu, lakin onun siyasi yönü olmadığını iddia edib.

Qeyd edək ki, Abbas Lisani məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.