Türkiyədə su maşını qəza törətdi: 4 nəfər öldü

2-09-2019, 09:10           
Türkiyədə su maşını qəza törətdi: 4 nəfər öldü
Türkiyənin Kayseri şəhərində su daşıyan yük maşını yaşayış evinin üstünə aşıb.

Cebhe.info xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb. Əraziyə təcili yardım, yanğınsöndürən maşınları və xilasedicilər cəlb olunub.

Qəzaya səbəb kimi maşının əyləc sisteminin xarab olması göstərilir. Hadisə zamanı yaşayış evinin böyük hissəsi uçub, dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.