DAVUDOĞLU AKP-dən XARİC EDİLDİ –4 saat 40 dəqiqəlik toplantıdan sonra qərar verildi

3-09-2019, 07:59           
DAVUDOĞLU AKP-dən XARİC EDİLDİ –4 saat 40 dəqiqəlik toplantıdan sonra qərar verildi
Bu gün Türkiyə prezidenti Ərdoğanın lideri olduğu hakim AKP-nin Mərkəzi İdarə Heyəti qapalı toplantı keçirib.

Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğanın sədrliyi ilə 4 saat 40 dəqiqə çəkən toplantıda sabiq Baş nazir Əhməd Davudoğlu başda olmaqla, AKP-nin bir zamanlar fəal funksionerləri olan Ayxan Səfər Üstün, Abdullah Başçı və Səlcuq Özdağın partiyadan xaric edilməsi haqda qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Konyada tərəfdarları qarşısında çıxış edən Ərdoğan Davudoğlunun partiyadan çıxarılacağının siqnalını vermişdi. O, “Kağız üzərində üzvümüz kimi görünüb, könülünü və yolunu bizdən ayıranlar varsa, biz onları sıralarımızdan arındırmaqdan çəkinməməliyik”, – deyə xəbərdarlıq etmişdi.

Bu açıqlamaya reaksiya verən Davudoğlu isə “Məni partiyadan xaric etmələrini gözləmirəm, onlar məni zatən tarixdən xaric ediblər”, – deyə cavab vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.