Yunan və türk döyüş gəmiləri üz-üzə - Aralıqda gərginlik

4-09-2019, 08:14           
Yunan və türk döyüş gəmiləri üz-üzə - Aralıqda gərginlik
Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin Şərqi Aralıqda eyni zamanda hərbi təlimlər keçirəcəyi iddia edilib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Yeniakit.com.tr” saytı çıxış edib.

Belə ki, 4 sentyabr tarixində Türkiyənin təlimlər üçün elan etdiyi bölgədə Yunanıstan tərəfi də təlimlər keçirəcəyini bəyan edib. Bu səbəbdən Şərqi Aralıqda bu gün saat 10:00 və 03:00-da tərəflər arasında gərginliyi yaşanması ehtimalı yüksəkdir.

Məsələ ilə bağlı açıqlama verən türkiyəli jurnalist Ceyhun Bozqurd bildirib ki, Türkiyənin ərazidə qazma-kəşfiyyat işlərini davam etdirəcəyi ilə bağlı qətiyyətli açıqlaması Afinanı özündən çıxarıb:
“Yunanıstan buna qarşı həmlə etmək istəyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.