Türkiyədə dollar kəskin bahalaşdı

23-04-2015, 14:43           
Türkiyədə dollar kəskin bahalaşdı
Türkiyədə dollar rekord həddə bahalaşıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Mərkəzi Bankının aprel ayı üzrə açıqladığı faiz siyasətindən sonra ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb. Bu səhər 1 dollar 2.7327 TL-yə çatıb və yeni rekord qırıb.

Türkiyədə dollarla yanaşı avronunda bahalaşması da müşahidə olunur. Hazırda 1 avro 2.9220 lirəyə çatıb.

Xatırladaq ki, dünən Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.

Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.