“518 min 301 türk məscidlərdə yandırıldı” – Ermənilərin Osmanlıya xəyanət sənədi ortaya çıxdı

23-04-2015, 14:47           
“518 min 301 türk məscidlərdə yandırıldı” – Ermənilərin Osmanlıya xəyanət sənədi ortaya çıxdı
“Dünya qondarma “erməni soyqırımı”ndan danışarkən, ermənilərin qətlə yetirdiyi 518 min 301 türkün adını belə bilmir. Minlərlə uşaq samanlıqlarda, məscidlərdə yandırıldı. Papa və Qərb nə üçün qətlə yetirilən türklərdən danışmır?”


Publika.az xəbər verir ki, Türk Tarix Qurumunun keçmiş sədri Yusuf Halaçoğlu deyib.


Onun sözlərinə görə, 1922-ci ilin statistikasında dünyada ümumilikdə 3 milyon 4 min erməninin olduğu qeyd olunur: “Bunların da cəmi 624 mini Türkiyədə yaşayırdı. Necə olur ki, 1,5 milyon erməninin öldürüldüyü deyilir? Ermənilər Osmanlı torpaqlarını işğal edən fransızlarla işbirliyində idi”.


ABŞ və Fransa arxivlərində araşdırmalar aparan Y. Halaçoğlu ermənilərin çirkin iddialarının yalan olduğunu deyib.


“O zaman yaşanan qarışıqlıqda bir sıra soyğunlar olmuşdu. Misal üçün, ermənilərin mallarını soyan Sirozlu Çerkez Ahmet bin Recep və Dersaadetli Halil bin Mehmet Ali adlı şəxslər məhkəmə qarşısında çıxarılaraq edam olundu. Onlar sadəcə ermənilərin mallarına zərər vermişdi və bunun cəzası olaraq edam olundular. Ortada hər-hansı bir öldürmə olmadığına rəğmən, Osmanlı dövləti soyğunçulara edam cəzası verdi. Sənədlər hər hansı soyqırımın olmadığını göstərir”, - deyə o bildirib.


Türkiyəli tarixçi qeyd edib ki. ABŞ-ın həmin dövrdə Suriya-Hələb konsulluğunun arxivindən çıxarılan 1916-cı ilə aid bir sənəddə Osmanlı sərhədləri daxilində yaşayan 486 min erməniyə verilən yardımların siyahısı var: “Dövlət, sosial yardım təşkilatları və xeyirsevər vətəndaşlar bu qədər erməniyə kömək etmişdi. Hələbdəki sənədlərdə ermənilərə qarşı hər hansı bir pis münasibət olmadığını, əksinə, yardımlar edildiyi görünür. Fransız arxivlərində isə Osmanlıya qarşı çıxan Fransaya 150 min erməninin dəstək verdiyi açıq şəkildə göstərilir. Bu, xəyanəti açıq göstərən sənədlərdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.